Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, saat 20:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin Nubaraşen inzibati rayonunda yerləşən hərbi hissəsinə bitişik ərazidən ağır döyülmə nəticəsində vəziyyəti son dərəcə ağır olan bir şəxs Muratsan hərbi hospitalına çatdırılıb.
Hərbi hospitala Ermənistan Hərbi Polisinin İrəvan qarnizonu əməkdaşları gəlib və həkimlər onlara bildiriblər ki, yaralı huşsuz vəziyyətdə əməliyyat otağındadır və baş verənlər barədə izahat verə bilmir.
Ermənistan Hərbi Polisinin əməkdaşları müəyyən ediblər ki, hospitala yerləşdirilən şəxs Nubaraşen hərbi hissəsində müqavilə əsasında qulluq edən hərbi qulluqçudur və o, bir qrup şəxs tərəfindən amansızcasına döyülüb.
Məlumata görə, o, üz nahiyəsindən, o cümlədən gözlərindən də ağır xəsarətlər alıb. Yaralının Kotayk vilayətinin sakini olan 24 yaşlı Avetik M. olduğu müəyyən edilib.
Hadisə faktı ilə bağlı Ermənistan Hərbi Polisində sənədlər tərtib edilib və materiallar Ermənistan İstintaq Komitəsinin hərbi baş istintaq idarəsinin qarnizon istintaq şöbəsinə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az