Ordu.az xəbər verir ki, bunu fevralın 7-də Ermənistanın “Birlikdə” hərəkatının təşkil etdiyi müzakirə zamanı ölkənin keçmiş müdafiə naziri müavini Artak Zakaryan deyib.
Onun sözlərinə görə, böyük diasporu olan bütün ölkələrin analoji sənədlərində olduğu kimi, diaspor və onun rolu Ermənistanın milli təhlükəsizlik strategiyasında aydın şəkildə müəyyən edilməlidir.
Zakaryan hesab edir ki, bununla yanaşı, diaspor və Ermənistanın əməkdaşlığına yenidən baxılmalı və bu əməkdaşlıq son bir neçə ildə dünyada və regionda baş vermiş dəyişikliklərə uyğunlaşdırılmalıdır.
“Bundan başqa, sənədlərdə ordunun modernləşdirilməsinin yeni konsepsiyası əks olunmalıdır ki, bu da hazırda yoxdur. Ölkənin sistemli müdafiəsini qurmaq üçün təkcə müxtəlif bazarlardan silah axtarmaq kifayət deyil”, - deyə Zakaryan vurğulayıb.
Onun qiymətəndirməsinə görə, xarici siyasət elə dəyişməlidir ki, Ermənistana aid məsələlər hazırda tez-tez baş verdiyi kimi onsuz deyil, mütləq Ermənistanın iştirakı ilə müzakirə olunsun.
Alpər Mövludoğlu
Ordu.az