Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi “Independence Avenue Media”nın sualına cavab verərkən bildirib.
Qeyd edilib ki, bu imkanlar 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş tarixi sülh sazişindən irəli gəlir.
Bildirilib ki, tərəflər Amerika Birləşmiş Ştatları və Gürcüstan üçün qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında konstruktiv söhbət aparıblar.
ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni hesab edir ki, hələlik ABŞ-nin Gürcüstana qarşı siyasətinin dəyişdiyini söyləmək tezdir. “Aydındır ki, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh sazişinin irəli aparılmasında, o cümlədən TRIPP dəhlizinin (Zəngəzur dəhlizi-red.) inkişaf etdirilməsində maraqlıdır”, - deyə Kortni bəyan edib.
ABŞ-nin Gürcüstandakı digər keçmiş səfiri Kennet Yalovitsin fikrincə, ABŞ administrasiyasının Prezident Trampın vasitəçiliyi ilə imzalanmış sülh sazişinə əsaslanan marağı Cənubi Qafqazda iqtisadi imkanların genişləndirilməsindən ibarətdir.
Alpər Mövludoğlu
Ordu.az