Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Ağ Ev bu görüşdən Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasını irəli aparmaq və regionun bərpası üçün vəsait toplamaq məqsədilə istifadə etmək istəyir.
Hazırda Şuranın tərkibinə 27 üzv daxildir (o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan-red.), sədri isə Trampdır. BMT Təhlükəsizlik Şurası ona Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət etmək, habelə idarəetmə və bərpa məsələləri üzərində işləmək səlahiyyəti verib.
Tramp administrasiyası onlarla ölkə ilə əlaqə saxlayaraq onların liderlərini dəvət etməyə və logistik məsələləri müzakirə etməyə başlayıb. Görüşün Trampın bu yaxınlarda öz şərəfinə yenidən adlandırdığı Sülh İnstitutunda keçirilməsi planlaşdırılır.
Alpər Mövludoğlu
Ordu.az