Ordu.az xəbər verir ki, bu barədə “Sputnik” radiosunun efirində İsrail xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmi bildirib.
Onun sözlərinə görə, Azərbaycanın arxasında Türkiyə dayanır və ona fəal şəkildə dəstək verir.
“Eyni zamanda, Qafqazda vəziyyətin pisləşməsi ABŞ-nin planlarına daxil deyil, çünki münaqişənin kəskinləşməsi regionun sabitliyinin pozulmasına gətirib çıxara bilər ki, bu da ABŞ-nin strateji maraqlarına ziddir. Üstəlik, regionda ciddi hərbi-siyasi təsirə malik olan Rusiya yaxındadır və hazırda neytral mövqe tutmasına baxmayaraq, Rusiya-Ukrayna münaqişəsindən sonra sonrakı proseslərə çox fəal şəkildə müdaxilə edə bilər”, - deyə ekspert bildirib.
Kedmi həmçinin vurğulayıb ki, Ermənistanda ABŞ-nin ən böyük səfirliklərindən biri yerləşir.
Onun sözlərinə görə, son illərdə bu ölkədə baş verən bütün proseslər məhz ABŞ strukturlarının təşəbbüsü ilə həyata keçirilib. Lakin hazırda, politoloqun qeyd etdiyi kimi, Donald Tramp Ermənistanın daxili işlərinə müdaxilə etməkdə maraq göstərmir.
“Onun əsas məqsədi Ermənistanla Azərbaycan arasında münaqişəni yumşaltmaq, sonrakı gərginləşmənin qarşısını almaqdır. Trampın ən vacib hədəfi Qafqazda Fransanın təsirini neytrallaşdırmaqdır. Avropa ilə gərgin münasibətləri nəzərə alaraq, ABŞ prezidenti regiondakı vəziyyəti avropalı siyasətçilərə buraxmaqdansa, onu özü idarə etməyə üstünlük verir”, - deyə ekspert sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az