“Joğovurd”: Amulsarda nə qədər qızıl var və 2026-cı ildə nə qədər ixrac ediləcək?

2024/02/1707378959.jpg
Oxunub: 415     14:39     07 Fevral 2026    
Qızılın qiymətindəki dalğalanmalar həm alıcıların, həm də satıcıların narazılığına səbəb olub. Son 1-2 həftə ərzində qızılın dəyəri dəqiqəbaşı enib-qalxıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, ötən həftə eyni gündə 1 qram qızılın qiyməti 64 min dram idi. Bu gün isə qiymət azalaraq 60 min drama düşüb.

“NYMEX birjasında fevralın 4-də keçirilən ticarət sessiyasının nəticələrinə görə, qızılın qiyməti 2,29% azalaraq 4860,10 dollar, gümüşün qiyməti 11,56% azalaraq 77,04 dollar, platin isə 9,83% ucuzlaşaraq 2044,90 dollar olub. Ölçü vahidi 1 troya unsiyasıdır (31,1 qram).

Ötən ilin oktyabrında parlamentin daimi komissiyalarının birgə iclasında “Ermənistanın 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Vahe Ovannisyan demişdi: “2026-cı ildə Ermənistanda emal sənayesi və mədənçıxarma sahələrinin həcminin artması nəzərdə tutulur. Amulsarın bu artımda öz təsiri var. Biz 2026-cı ildə 4 ton qızıl hasil edəcəyimizi proqnozlaşdırırıq”, - deyə KİV vurğulayıb.

Nəşr bildirib ki, gözəl danışmağı hamı bacarır, amma deyilənləri reallaşdırmaq hamıya nəsib olmur.

“Qeyd edək ki, Amulsar yatağının istismarı proqramı çərçivəsində ümumi investisiyalar 750 milyon ABŞ dolları təşkil edəcək, bunun 250 milyon dolları tikintinin başa çatdırılmasına və mədənin istismarına başlanmasına yönəldiləcək. Amulsarda təsdiqlənmiş ehtiyatlar 73 ton qızıl və 294 ton gümüş təşkil edir. Son məhsul isə qızıl və gümüş ərintisi olan dore olacaq”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amulsar   Ermənistan  


Bizi "telegram"da izləyin