Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, qalanlar isə qış aylarında gedib-gəlir, yalnız yay mövsümündə yaşayırlar.
Aşağı Şorcanın inzibati rəhbəri Aram Minasyan nəşrə açıqlamasında deyib: “Burada bir nəfər də sakin qalmayıb. Kimlər vardısa, indi Vardenisdə və ya Akunkda yaşayırlar. Yaz açılanda sakinlər gələcəklər”.
O, “Niyə burada yaşamırlar, yollar bağlıdır?” sualına cavab olaraq deyib: “Yəqin ki, uyğun deyil, çovğun çox olur, yollar bağlanır. Mən özüm Vardenisdə yaşayıram. İki ildir vəziyyət belədir. 2020-ci ilə qədər burada 13 ailə yaşayırdı, 20 yaşayış evi var idi, insanlar əkinçilik və maldarlıqla məşğul olurdular”.
Minasyan deyib ki, azərbaycanlıların nəzarət etdiyi yüksəkliklərdən hər şey aydın görünür: “Eyni mənzərə bizim dağdan da görünür. İki dağın arasında postlar yerləşdirilib. Həmin ərazidə bizim əkin sahəmiz yoxdur, oralar otlaqdır. İnsanlar risk edib həm bizim, həm də azərbaycanlıların nəzarətində olan həmin hissəyə getmirlər”.
Yuxarı Şorcanın inzibati rəhbəri Artem Yeranosyan nəşrin suallarına cavab verməkdən imtina edib, xəstə olduğunu bildirib.
Ayrk icmasının rəhbəri Kamo Qazaryan isə deyib: “Bu sualları Vardenis bələdiyyəsinə ünvanlayın, biz belə məsələlərə cavab vermək səlahiyyətində deyilik”.
Alpər Mövludoğlu
Ordu.az