Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.
Nəşr qeyd edib ki, bunlara erməni hərbi qulluqçuların geyim parçaları, yanmış kazarmadan qalan əmlak qalıqları və digər hərbi ləvazimatlar daxildir.
“Pastinfo”nun məlumatına görə, Yeğişe Hakobyana məxsus qış hərbi gödəkcəsi də araşdırılıb. Gödəkcə zədələnmiş olsa da, zərərçəkən tərəfin nümayəndəsi Norayr Norikyanın qeyd etdiyi kimi, yanmayıb, açıq-aşkar yanğın izləri yoxdur, süni kəsiklər mövcuddur.
İctimai ittihamçı qeyd edib ki, şalvarın üzərində çoxsaylı zədələr var, nəticədə bütövlüyü pozulub və yanğın izləri mövcuddur. Lakin Norayr Norikyan vurğulayıb ki, yanğın qoxusu yoxdur. Yeğişe Hakobyanın geyimi ilə bağlı tərəflərdə şübhələr yaranıb: bunun ona məxsus olmadığı, ümumiyyətlə, necə maddi sübutlar sırasına Yeğişe Hakobyanın geyimi kimi daxil edildiyi aydın deyil. Yeğişe Hakobyan özü bildirib ki, belə bir gödəkcəsi olmayıb və maddi sübut ona məxsus deyil.
“Yanğından sağ çıxmış Qaruş Sarkisyanın geyimi də şübhələr doğurub. Zərərçəkən tərəf vurğulayıb ki, yanıq izləri yoxdur, kəsiklər qayçı ilə edilib.
Araşdırılan maddi sübutlar arasında avtomatlar da olub. Onlar qismən yanmış, hislə örtülmüş, detalları zədələnmiş vəziyyətdə olub. Zədələnmiş avtomatlardan biri Levon Xaratyana məxsus olub. Bu avtomat da yanmış vəziyyətdə idi, halbuki Xaratyan növbədə olub, yəni silah kazarmada olmamalı idi.
Maddi sübutlar sırasında gilizlərin araşdırılması da çətinliklə aparılıb, çünki gilizlər tamamilə səpələnmiş vəziyyətdə olub və ekspertə ehtiyac yaranıb. Məhkəmə iclası zamanı mübahisə də baş verib: valideynlərdən biri bildirib ki, dəmir yanıb, amma geyim yanmayıb”, - deyə nəşr bildirib.
KİV yazıb ki, məhkəmədə həmçinin yanğının, istintaq orqanının versiyasına görə, qızdırılma zamanı baş verdiyi soba da araşdırılıb.
“Soba zədələnmiş, deformasiyaya uğramış, üzərində kül izləri olub. Ölmüş hərbi qulluqçulardan birinin valideyni sobaya yaxınlaşaraq bildirib ki, Yeğişe Hakobyan benzini tökərkən “alov üzünə sıçrayıb” deyə açıqlama verib. Valideyn bu iddiaya şübhə ilə yanaşaraq qeyd edib ki, yuxarıdan tökülən benzin aşağı axır və belə bir halın baş verməsi istisnadır. Onlar eyni hərəkətin yenidən təkrarlanması üçün vəsatət qaldıracaqlar: əgər Hakobyan etməsə, özü edəcək.
Eyni zamanda, sobanın borularında boşluqlar olub, kül izləri olmayıb və soba tam vəziyyətdə olmayıb. Araşdırılan maddi sübutlar sırasında benzin butulkaları da yer alıb”, - deyə KİV vurğulayıb.
Norayr Norikyan bildirib ki, Ağkilsə hərbi hissəsinə su şüşəsi ilə dizel yanacağının gətirilməsi absurddur. Yeğişe Hakobyan isə butulkanın içindəki mayenin həcminə diqqət çəkib.
Nəşr xatırladıb ki ki, hadisə yanvarın 19-da, saat 01:30 radələrində baş verib. Nəticədə 15 erməni hərbi qulluqçu ölüb, üç nəfər Ermənistan Milli Yanıq Mərkəzinə yerləşdirilib. Onlardan ikisi, o cümlədən erməni kapitan uzun müddət reanimasiya şöbəsində qalıb.
“Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 532-ci maddəsinin 4-cü hissəsi üzrə cinayət işi başlanıb. Həmin maddə ətraf mühit üçün təhlükə yaradan maddələrlə davranış qaydalarının pozulmasını nəzərdə tutur (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma). Cinayət işi çərçivəsində zərərçəkmiş kimi tanınma barədə qərarlar qəbul edilib.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi üzrə, yəni hərbi vəzifə səlahiyyətlərinin səhlənkarlığı əlamətləri ilə, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə daha bir ayrıca icraat da başlanıb. Bu cinayət işi əsas işə birləşdirilib və birgə istintaq aparılır.
Cinayət işi üzrə hazırda 4 təqsirləndirilən şəxs var, onlardan ikisi həbsdədir. Dördüncü təqsirləndirilən kapitanıdır. N.Paşinyanın hökumət iclasında səsləndirdiyi versiyaya görə, o, sobanı avtomobil benzini ilə yandırmağa cəhd edib. Kapitanın özü də, məlum olduğu kimi, yanıq xəsarətləri almış və uzun müddət xəstəxanada müalicə olunmuşdu. Zərərçəkən tərəf isə rəsmi versiyaya etimad göstərmədiyi üçün öz araşdırmasını aparmağa başlayıb.
Cinayət işi üzrə ümumilikdə beş təqsirləndirilən şəxs var. İş hazırda Göyçə vilayətinin ümumi yurisdiksiya məhkəməsində hakim Vardan Harutyunyanın icraatındadır. İş üzrə indiyədək hərbçilərin niyə alovlanan kazarmadan çıxa bilmədikləri aydınlaşdırılmayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az