Erməni nazir müavini: “Vensin səfəri zamanı Vaşinqtonla münasibətləri daha da dərinləşdirəcək inkişaflar olacaq”

2026/02/1770403939.jpg
Oxunub: 386     22:50     06 Fevral 2026    
Ermənistan tərəfi hələlik ABŞ vitse-prezidenti Vensin nə vaxt və konkret hansı gündəliklə Ermənistana səfər edəcəyini açıqlamır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Bəli, ABŞ vitse-prezidenti Cey Di Vens rəsmi səfərlə Ermənistana gələcək. Səfər zamanı Vaşinqtonla münasibətləri daha da dərinləşdirəcək, əməkdaşlığın yeni sahələrinin üzə çıxarılmasına imkan verəcək inkişaflar olacaq”, - deyə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyanın efirində bildirib.

O əlavə edib ki, səfərlə bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, yayılan məlumatlara görə, Vens bu bazar ertəsi Ermənistana səfər edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin