15 erməni hərbi qulluqçunun ölümü ilə bağlı iş üzrə maddi sübutlar məhkəməyə təqdim edilib

2025/11/1763792468.jpg
Oxunub: 471     20:52     06 Fevral 2026    
Ağkilsə kəndindəki hərbi kazarmada baş verən yanğın nəticəsində 15 erməni hərbi qulluqçunun ölümü ilə bağlı iş üzrə bu gün məhkəmə maddi sübutları araşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, məhkəməyə erməni əsgərlərin geyimlərinin parçaları, yanmış yaşayış yerindən əmlak və ya digər əşyaların qalıqları, gilizlər və digər hərbi ləvazimatlar gətirilib.

Diqqətçəkən məqam odur ki, iş üzrə təqsirləndirilən erməni kapitan Yeğişe Hakobyanın üst geyimində yanğının heç bir izi yoxdur. Yeğişe Hakobyan məhkəməyə gətirilən gödəkçənin ona məxsus olmadığını bəyan edib.

“Gödəkçədən hətta yanğın və ya tüstü qoxusu da gəlmir”,- deyə ölmüş erməni hərbi qulluqçuların yaxınları bildiriblər.

Erməni vəkil Norayr Norikyan isə geyimin bütöv olmadığını, şalvarın isə qismən yandığını bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağkilsə   Yanğın  


Bizi "telegram"da izləyin