Paşinyanın müavini Aİ rəsmisi ilə görüşüb

2026/02/1770393679.jpg
Oxunub: 400     19:59     06 Fevral 2026    
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

“Görüş zamanı Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəlik məsələləri müzakirə olunub.

Tərəflər regional inkişaflar ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin