Yanvarda Ermənistanda bir çox qida məhsulları bahalaşıb

2025/09/1758616510.jpg
Oxunub: 425     19:27     06 Fevral 2026    
Ermənistanın istehlak bazarında 12 aylıq inflyasiya (2026-cı ilin yanvar ayı 2025-ci ilin yanvar ayına nisbətən) 3.8% təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvarında ötən ilin eyni ayı ilə müqayisədə qida məhsulları və alkoqolsuz içkilərin qiymətində 5.9% artım qeydə alınıb.

Qeyd edilib ki, yanvar ayında əsas qida məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə yüksəlib. Yarma 5%, un 5.5%, makaron məmulatları 8.2%, qarabaşaq 10.2%, quş əti isə 4.5% bahalaşıb. Ət məhsulları qrupunda daha kəskin artım müşahidə olunub. Belə ki, mal əti 12.8%, donuz əti 13.1%, quzu əti isə 14.1% bahalaşıb.

Bildirilib ki, süd məhsulları və yumurta da bahalaşan siyahısındadır. Təzə südün qiyməti 5.4%, pendir 6.4%, qatıq 6.7%, xama 8.9%, yumurta isə 11.7% artıb. Yağlardan kərə yağı 7.3%, marqarin 9.8%, bitki yağı isə 6.5% bahalaşıb.

Tərəvəz qrupunda yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2.9% ucuzlaşma olsa da, meyvələrin qiyməti 4.5% yüksəlib. Yanacaq bazarında isə benzin 4.5%, dizel yanacağı isə 1.6% ucuzlaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnflyasiya  


Bizi "telegram"da izləyin