Ermənistanın sabiq müdafiə naziri müavininin qanunsuz əmlakları müsadirə edilə bilər

2026/02/1770383889.jpg
Oxunub: 436     17:16     06 Fevral 2026    
Ermənistan Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı növbəti iddia ərizəsini icraata götürüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun verdiyi məlumata görə, Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsi Ermənistanın müdafiə nazirinin sabiq müavini, Ermənistan parlamentinin keçmiş deputatı Artur Aleksandr Ağabekyandan və onunla əlaqəli şəxslərdən Ermənistanın xeyrinə aşağıdakı əmlakın müsadirə olunmasını tələb edib:

- 3 daşınmaz əmlak,
- İrəvan şəhərinin Kentron inzibati rayonunda yerləşən 4 daşınmaz əmlakın alınması hüququ,
- 1 daşınmaz əmlakın mövcud bazar dəyəri,
- 3 nəqliyyat vasitəsi,
- 4 hüquqi şəxsdə iştirak payı,
- qanunsuz pul vəsaitlərinin qalığı kimi 27 milyon 597 min dram,
- 8 milyon dram məbləğində, şəxsin qanuni gəlirləri ilə əsaslandırılmayan, qanunsuz mənşəli vəsait.


“Həmin vəsait ya vicdanlı alıcıya ötürülüb, ya da eyniləşdirilməsi və müsadirəsi mümkün olmayıb”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müsadirə  


Bizi "telegram"da izləyin