Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Biz Avropa İttifaqının getdikcə daha çox hərbiləşdiyini və açıq anti-Rusiya siyasəti apardığını nəzərə almaya bilmərik. Bütün bunlar, əlbəttə ki, diqqətdə saxlanılmalıdır”, - deyə o qeyd edib.
Diplomat həmçinin mövcud şəraitdə Ermənistanın Avropa İttifaqına üzvlüyünü müzakirə etməyin çətin olduğunu bildirib. Bununla yanaşı, o, ölkədə təşkilatın standartlarının fəal şəkildə tətbiq edildiyini də vurğulayıb.
Kopırkin bir daha xatırladıb ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə eyni vaxtda Avrasiya İqtisadi Birliyinə üzv olması uyğun deyil. O, Ermənistan rəhbərliyinin artıq müəyyən mərhələdə seçim etməyə məcbur qalacaqlarını bəyan etdiyini xatırladaraq, bu seçimin “Ermənistanın və erməni xalqının real maraqlarından çıxış edilərək” edilməsinə ümid etdiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az