Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan-İran əməkdaşlığının geniş spektrini əhatə edən bir sıra məsələlər müzakirə olunub.
“Xüsusilə enerji, nəqliyyat və yol tikintisi sahələrinə aid məsələlərə toxunulub.
Nazir İran-Ermənistan elektrik ötürücü xəttinin tez bir zamanda inşa edilməsinin, eləcə də Ermənistanla İran arasında aviasiya əməkdaşlığının dərinləşdirilməsinin və uçuşların sayının artırılmasının vacibliyini vurğulayıb.
Tərəflər yaxın vaxtlarda gündəlikdə olan digər məsələlərin müzakirəsinin davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az