Erməni din xadiminin həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub

2025/10/1759499202.jpg
Oxunub: 411     15:59     06 Fevral 2026    
Ermənistan Apellyasiya Məhkəməsi bu gün erməni arxiyepiskop Mikayel Acapahyanın həbs qətimkan tədbirinin ləğv edilməsi barədə vəkillərin vəsatəti ilə bağlı qərarını açıqlayıb.

Ordu.az xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilib.

Əvvəlki iclasda müdafiə tərəfi erməni arxiyepiskopun səhhətini, qarşıdakı ikinci cərrahiyyə əməliyyatını və əməliyyatdan sonra cəzaçəkmə müəssisəsinə qayıtması ilə bağlı yaranacaq riskləri nəzərə alaraq həbs qətimkan tədbirinin ləğv edilməsi barədə vəsatət qaldırmışdı.

Xatırladaq ki, Mikayel Srbazan hakimiyyəti qəsb etməyə açıq çağırışlar etdiyi üçün 2 il müddətinə azadlıqdan məhrum edilib. O, çoxsaylı tərəfdarlara sahib olaraq, 2024-cü il fevralın 3-də və 2025-ci il iyunun 21-də kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə hakimiyyəti qəsb etməyə açıq çağırışlar etməkdə ittiham olunur. Erməni vəkillər və prokurorluq məhkəmə hökmündən Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Ermənistan KİV-ləri qeyd edir ki, erməni arxiyepiskopun səhhətində problemlər var və vəkillər həbsin icazə verilən qətimkan tədbiri olmadığını, bunun söz azadlığına qarşı təzyiq olduğunu iddia edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Acapahyan   Ermənistan  


Bizi "telegram"da izləyin