Azərbaycan səfiri Meksika-Azərbaycan dostluq qrupunun sədri ilə görüşüb - FOTOLAR

2026/02/mexic-7081515312.jpg
Oxunub: 427     15:36     06 Fevral 2026    
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Meksika–Azərbaycan dostluq qrupunun ölkə Seymindəki i sədri Korina Villyeqas ilə işgüzar görüş keçirib.

Ordu.az xəbər verir ki, tərəflər fevralın 10-da baş tutacaq dostluq qrupunun fəaliyyətinin rəsmi başlanmasına hazırlıq məsələlərini müzakirə ediblər.

Dostluq qrupunun yaradılması Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində əsas addım kimi qiymətləndirilir.

“Belə görüşlər dövlətlər arasında dialoqu, qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirir, həmçinin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında mədəni, iqtisadi və siyasi mübadiləyə töhfə verən körpülərin qurulmasına imkan yaradır”, – deyə Villeqas bildirib.

O, həmçinin xalqların yaxınlaşmasına və genişləndirilmiş ümumi imkanlara malik gələcəyin formalaşdırılmasına yönəlmiş fəal parlament diplomatiyasına sadiqliyini təsdiqləyib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Meksika  


Bizi "telegram"da izləyin