Ermənistan TŞ katibi Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

2026/02/1770377650.jpg
Oxunub: 409     15:33     06 Fevral 2026    
Fevralın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan-Aİ ikitərəfli gündəliyinə dair məsələləri müzakirə edib və münasibətlərin gələcək inkişafına toxunublar.

“Görüş zamanı Armen Qriqoryan və Maqdalena Qrono həmçinin Ermənistan və Azərbaycan arasında qurulmuş sülh prosesini və son hadisələri nəzərdən keçiriblər. Bu kontekstdə Qriqoryan regional qarşılıqlı bağlılıq və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən layihələri, eləcə də Ermənistanın sülhün institusionallaşdırılmasına yönəlmiş səylərini təqdim edib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin