Ordu.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “Rossiya 24” telekanalının efirində deyib.
“Biz bilirik ki, Aİ hazırda Rusiya Federasiyasına qarşı düşmənçilik siyasəti yürüdür və ümumilikdə öz tərəfdaşlarına bu siyasəti, o cümlədən sanksiyalar mənasında dəstəkləməli olduqlarına dair açıq siqnallar verir. Əlbəttə ki, bu, münasibətlərimizdə yeni çağırışlar yaradır və hər iki tərəfdən çox ağlabatan, ölçülüb-biçilmiş, müdrik yanaşma və strateji uzaqgörənlik tələb edir”, - deyə Kopırkin qeyd edib.
Səfir bildirib ki, bu vəziyyət ikitərəfli münasibətlərin yeni reallıqlara uyğunlaşdırılmasını tələb edir.
O, həmçinin qeyd edib ki, xüsusilə Rusiya və Ermənistanın dəmir yolu sahəsindəki əməkdaşlığını nəzərə alaraq, Moskva Rusiyanın “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) layihəsində iştirakı ehtimalını müzakirə etməyə açıqdır.
Kopırkin əlavə edib ki, Rusiya bu layihə ətrafındakı inkişafı diqqətlə izləyir.
Alpər Mövludoğlu
Ordu.az