Erməni nazir: “İki məhsul var, onların idxalı imkanının açılması üçün Azərbaycanla danışıqlar aparırıq”

2026/01/1769239095.jpg
Oxunub: 368     15:26     06 Fevral 2026    
“Hazırda iki məhsul var ki, onların idxalı imkanının da açılması üçün Azərbaycanla müzakirələr və danışıqlar aparırıq. Nəticə olduqda hansı məhsullardan söhbət getdiyini açıqlayacağıq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən yekun mətbuat konfransında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib.

“İş adamı bizə deyir ki, məsələn, bu məhsulu gətirmək istəyirik. Biz tərəfdaşlarla danışmağa başlayırıq, razılıq alırıq, təsdiqləyirik və deyirik ki, bu məhsulu da gətirə bilərik”, - deyə erməni nazir vurğulayıb.

O, həmçinin qeyd edib ki, tərəflərə əlavə gözlənti və danışıqlarda təzyiq yaratmamaq üçün yalnız yekun təsdiq olduqdan sonra məhsulların adını açıqlayacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan  


Bizi "telegram"da izləyin