Papoyan Ermənistan-Türkiyə sərhədinin açılması barədə: “Ümid edirəm ki, yaxın vaxtlarda müsbət və yaxşı xəbərlər olacaq”

2026/02/1770372797.jpg
Oxunub: 335     14:12     06 Fevral 2026    
“Çox yaxşıdır ki, Türkiyə ÜDM həcminə görə ən azı iqtisadi baxımdan bizim ən böyük qonşumuzdur və sərhədi açmaq imkanımız var”.

Ordu.az xəbər verir ki, bunu bu gün yekun mətbuat konfransında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyə ilə sərhədin hansı şərtlərlə və nə vaxt açılacağı ilə bağlı suala cavab verərkən deyib.

“Ümid edirəm ki, yaxın vaxtlarda bu barədə müsbət və yaxşı xəbərlər olacaq”, - deyə erməni nazir bildirib.

Ermənistan KİV-ləri qeyd edir ki, Marqara körpüsü artıq Ermənistan-Türkiyə sərhədinin açılması üçün tam hazırdır. Həm gömrük, həm də sərhəd xidməti üzrə xidmətlərin tam şəkildə göstərilməsi üçün bütün şərait yaradılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan  


Bizi "telegram"da izləyin