“YAŞAT” Fondu müharibə əlili Bəhrəm Abdullayevə dəstək göstərib - VİDEO
Oxunub: 405
14:08
06 Fevral 2026
“YAŞAT” Fondu müharibə əlillərinə dəstək istiqamətində tədbirlərini davam etdirir.
Ordu.az xəbər verir ki, müharibə əlili Abdullayev Bəhrəm Təzəxan oğluna da mütəmadi olaraq müalicə istiqaməti üzrə dəstək göstərilir.
Ona Fondun vəsaiti hesabına növbəti dəfə “Spinal kord stimulyatorunun yerləşdirilməsi (ağrı pili)" əməliyyatı icra olunub. Xatırladaq ki, sözügedən əməliyyat İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.