Papuaşvili: "ABŞ ilə strateji tərəfdaşlığın tam bərpasını gözləyirik"

2025/01/1736240189.jpg
Oxunub: 321     13:36     06 Fevral 2026    
Gürcüstan ABŞ ilə təkcə işgüzar əlaqələrin deyil, strateji tərəfdaşlığın da tam bərpasını gözləyir.

Ordu.az xəbər verir ki, bunu ölkənin parlament sədri Şalva Papuaşvili deyib.

O qeyd edib ki, ABŞ ilə münasibətlərin əvvəlki administrasiya dövründə korlanması Gürcüstanın deyil, məhz ABŞ-nin əvvəlki administrasiyasının məsuliyyətidir.

Parlament sədri bildirib ki, Bayden administrasiyası dövründə Gürcüstan ABŞ-dan gözlədiyi dəstəyi görməyib, əksinə, ölkədə demokratiyanın zəiflədilməsinə yönələn cəhdlərin şahidi olub:

"Ümid edirik ki, yeni administrasiya bu səhvləri düzəldəcək. Gürcüstan strateji tərəfdaşlığın bərpasına tam hazırdır. Geosiyasi dəyişikliklər fonunda bizim əsas məqsədimiz ölkədə sülhü və təhlükəsizliyi qorumaqla yanaşı, ABŞ ilə münasibətlərin yenidən strateji müstəviyə qaytarılmasıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papuaşvili   ABŞ   Gürcüstan  


Bizi "telegram"da izləyin