Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Onun sözlərinə görə, burada iki amil mühüm rol oynayıb.
“Birincisi, Aİ-yə ixrac artıb. Əvvəlki illərdə Aİ-yə ixracın payı, məsələn, 15-20 faiz olub, sonra 8 faizə düşüb. Bu, Aİ-yə ixracın azalması ilə bağlı deyil. Səbəb digər istiqamətlər üzrə, məsələn, qızılın, almazın, platinin, həmçinin televizorların və smart saatların reeksportunun həyata keçirilməsi olub, halbuki əvvəllər bunlar yox idi. Biz, məsələn, smart saatların reeksportunu qadağan etmişik, çünki avropalı tərəfdaşlar bizdən bunu xahiş ediblər.
İqtisadi inkişafın ən yaxşı göstəricilərindən biri qeydiyyata alınmış iş yerlərinin sayıdır. Son illərdə davamlı olaraq deyirdilər ki, qeyri-rəsmi çalışanlar gəlib qeydiyyatdan keçir, amma bunun da bir həddi var. Bu, 10 min, 20 min, hətta 100 min ola bilər, lakin yenə də limitlidir. Ən mühüm göstərici isə budur: əməkhaqqı 6 faiz artıb, iş yerləri 6 faiz artıb, iqtisadiyyat da 6 faiz böyüyüb. Əgər ciddi uyğunsuzluq olsaydı, məsələn, iş yerləri 26 faiz artsaydı, amma iqtisadiyyat 6 faiz, maaşlar da 6 faiz artsaydı, onda deyərdim ki, gizli iş yerləri sadəcə qeydiyyata düşür. Əgər bu balans qorunursa, deməli, qeyri-rəsmi məşğulluq hələ var, lakin onun potensialı artıq çox azdır. Yeni qeydiyyata alınan iş yerləri isə əslində həqiqətən yeni yaradılan iş yerləridir”, - deyə Papoyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az