Ermənistan parlamentinin spikeri Köçəryanı məhkəməyə verib

2025/12/1765360583.jpg
Oxunub: 346     12:38     06 Fevral 2026    
Fevralın 5-də Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın sabiq prezidenti Robert Köçəryandan məhkəməyə şikayət edib.

Ordu.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

İddia ərizəsinə əsasən, Simonyan keçmiş dövlət başçısından onun ünvanına səslənmiş təhqirlərə görə, ictimai şəkildə üzrxahlıq və 1 milyon dram (4520.58 AZN) həcmində təzminatın ödənilməsini tələb edir.

Milli Assambleyanın sədrinin tələbinə görə, üzr mətni Robert Köçəryanın sosial şəbəkədəki səhifəsində hamı üçün əlçatan və görünən şəkildə ən azı 5 iş günü müddətində dərc olunmalıdır və ya bu mümkün olmadığı halda, üzr tirajı azı beş min nüsxə olan nəşrdə yayımlanmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Köçəryan  


Bizi "telegram"da izləyin