Ordu.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün parlamentdə jurnalistlərlə keçirilən qısa brifinqdə Baş nazir Nikol Paşinyanın təşkil etdiyi diskotekada iştirakı məsələsinə toxunarkən deyib.
Jurnalistlərin hansı istedada malik olduğu və bu istedadını nə vaxt ictimaiyyətə təqdim edəcəyi ilə bağlı sualına Papikyan belə cavab verib: “İstedadlarımı ifadə edəndə görəcəksiniz. Mənim musiqi istedadım yoxdur”.
Xatırladaq ki, 2026-cı il yanvarın 30-da İrəvandakı restoranlardan birində Ermənistan Baş naziri Nikol Paşinyanın yaratdığı qrupun ilk konserti baş tutub. “Varçabend”in konsertində yaşından asılı olmayaraq hakim partiyanın bütün rəhbər heyəti iştirak edib, tədbirin aparıcısı isə Ermənistan parlamentinin sədri Alen Simonyan olub.
Alpər Mövludoğlu
Ordu.az