Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə keçirilən qısa brifinqdə ölkənin müdafiə naziri Suren Papikyan deyib.
“Orduda ikili tabelik ola bilməz”, - deyə Papikyan vurğulayıb.
Jurnalistin Ermənistan Müdafiə Nazirliyinin kilsədən uaqlaşdırılmış keşişlərə ordu keşişi kimi işləmələri üçün 700 min dram əməkhaqqı təklif etməsi ilə bağlı qeydinə Papikyan belə cavab verib:
“Hazırda əməkhaqqının məbləğini deyə bilmərəm, lakin nazirin əmri açıq şəkildə göstərir ki, biz Ermənistanda Erməni Apostol Kilsəsinin dini təhsili olan xidmətçiləri ilə müqavilə bağlaya bilərik ki, onlar xidmət etsin və öz missiyalarını yerinə yetirsinlər”.
Jurnalistlərin keşişlərə pul qarşılığında Paşinyanın müəllifi olduğu kilsənin islahatı proqramına qoşulmağın təklif edildiyi ilə bağlı reaksiyasına Suren Papikyan belə cavab verib: “Yalandır, belə bir şey yoxdur. Hər şey açıqdır. Mən öz əmrimi dərc etmişəm ki, bu cür yanlış yozumlar, uydurmalar olmasın...”.
“Müdafiə Nazirliyi bütün ermənilərin katolikosu ilə müzakirə aparmadan belə bir qərar qəbul edə bilərdimi?” sualına Papikyan cavab olaraq deyib:
“Ermənistanda bütün institutlar işləyir. Qoy etiraz etsinlər, məhkəməyə müraciət etsinlər, əgər belədirsə. Mən bunun belə olduğunu düşünmürəm, onlarla razı deyiləm. Bütün addımlarım qanunidir və yerindədir”.
Alpər Mövludoğlu
Ordu.az