Ermənistanda hərbi hospital ləğv ediləcək

2026/02/1770363910.jpg
Oxunub: 459     11:41     06 Fevral 2026    
Ermənistan hökuməti fevralın 5-də keçirilən iclasında qərar qəbul edib və həmin qərara əsasən, Ermənistan Müdafiə Nazirliyinin “Berd hərbi hospitalı” dövlət müəssisəsinin fəaliyyəti dayandırılacaq, onun əvəzində isə “Berd Tibb Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti fəaliyyət göstərəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Berd bölgəsində yerləşən Ermənistan Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin tibbi təminatı ilə bağlı vəzifələrin “Berd Tibb Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi təklif olunur.

Ermənistan KİV-ləri qeyd edir ki, Berd şəhərində yerləşən Ermənistan Müdafiə Nazirliyinin hərbi birləşmələrinin tibbi təminatını daha səmərəli təşkil etmək məqsədilə 2000-ci ildə hərbi hissənin ixtisaslaşdırılmış tibb məntəqəsinin bazasında Əlahiddə Tibbi Dəstə yaradılmışdı.

Sonradan, 2019-cu ildə hərbi qulluqçuların və onların ailə üzvlərinin tibbi yardımı və xidmətini, həmçinin Berd və yaxın yaşayış məntəqələrinin əhalisi üçün stasionar və ambulator tibbi yardımın keyfiyyətini və əlçatanlığını artırmaq məqsədilə Əlahiddə Tibbi Dəstə “Berd hərbi hospitalı” dövlət müəssisəsi kimi yenidən təşkil edilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hospital  


Bizi "telegram"da izləyin