Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiyadan artıq Paşinyan hakimiyyətinə açıq təhdidlər gəlir” başlıqlı məqlaəsində yazıb.
Nəşrə görə, Rusiya rəsmisi belə bir sual ünvanlayır: ermənilər hazırda Rusiya Federasiyasına qarşı çox təcavüzkar mövqe tutan hərbi-siyasi birliyə qoşulmağa hazırdırmı?
“Ola bilsin ki, ermənilər də özlərinə bu sualı verməli olsunlar. Hər halda, bu və ya digər inteqrasiya birliyinin xeyrinə seçim etməyin hər zaman erməni xalqının seçimi olduğu dəfələrlə deyilib”, - deyə Rusiyanın Baş nazirinin müavini qeyd edib.
Onun sözlərinə görə, müəyyən məqamda bəzi qərarların qəbul edilməli olduğu gün kimi aydındır. “Nikol Vovayeviç (Paşinyan-red.) bu barədə danışıb, hamı başa düşür ki, Ermənistan eyni vaxtda iki inteqrasiya birliyinin üzvü ola bilməz. Ona görə də, əgər nə vaxtsa belə bir seçim edilərsə, bu, Avropa İttifaqının mahiyyətindəki dəyişiklikdə bu gün gördüyümüz dinamika nəzərə alınmaqla, kompleks xarakter daşıyacaq”, - deyə Overçuk sözlərini yekunlaşdırıb.
Nəşrin yazdığına görə, Avropa İttifaqının iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrildiyini qeyd edən Overçuk açıq şəkildə bildirir ki, bu, birliyin üzvlərinə və ya üzvlük üçün müraciət edənlərə qarşı siyasi və ya iqtisadi deyil, məhz hərbi-siyasi xarakterli qərarlar qəbul ediləcək.
“Bu, Ermənistan hakimiyyətinin sadəcə görməzdən gələ bilməyəcəyi açıq bir təhdiddir. Son vaxtlar Rusiya tərəfindən bir sıra sərt bəyanatlar səsləndirilir, lakin diplomatik ifadələr dilindən tərcümə etdikdə onlardan ən açığını məhz Rusiyanın Baş nazirinin müavini dilə gətirib. Bununla yanaşı, xüsusən parlament seçkiləri ərəfəsində rəsmi Moskvanın Ermənistana qarşı ritorikası getdikcə daha da kəskinləşir.
Bütün bunlar yalnız bir şeydən xəbər verir: Rusiya Cənubi Qafqazda, xüsusən də Ermənistanda öz təsirini itirmək istəmir və Ermənistanın onun orbitindən çıxmasına imkan verməmək üçün səy göstərəcək. Bunun Ermənistan üçün hansı nəticələrə səbəb olacağı isə hətta məktəbli uşağa da bəllidir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az