Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, “Əsgər Evi”ndə bu səfərə çox ciddi hazırlıq görülüb.
“Hərbi xidmət zamanı əlil olmuş şəxslərin və bu mərkəzə müraciət edənlərin ümumi sayı 10 mini keçsə də, həmin gün Paşinyanla birbaşa ünsiyyətdə olmaq imkanı yalnız orada reabilitasiya keçən 5-6 nəfər “seçilmiş” şəxsə nəsib olub.
Görüşdən əvvəl həmin şəxslərlə ilkin söhbətlər aparılıb, onlar görüşə hazırlanıb və əhval-ruhiyyələri yoxlanılıb ki, Paşinyana qəfil “sürprizlər” etməsinlər. Beləliklə, dərc olunan videoda görünən heç bir şəxs orada təsadüfən olmayıb, hamı öz rolunu, nə edəcəyini və nə deyəcəyini əvvəlcədən bilib. Hətta ziyarətdən sonrakı ziyafətdə Paşinyanla eyni masa arxasında kimlərin oturacağı da öncədən müəyyən edilib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az