“Nikol Paşinyan Şimal-Cənub dəmir yolu layihəsini şəxsən dayandırıb” - Zurabyan

2025/12/1765784557.jpg
Oxunub: 346     10:31     06 Fevral 2026    
“Biz Şimal-Cənub dəmir yolu məsələsini hələ 2019-cu ildə qaldırmışdıq”.

Ordu.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan sosial şəbəkə hesabında yazıb.

“2019-cu ildən bu barədə hökumətlə danışıqlar aparırdıq. Tam məsuliyyətimlə bəyan edirəm ki, Nikol Paşinyan bu layihəni şəxsən dayandırıb”, - deyə o qeyd edib.

Zurabyan bildirib ki, bu, 301 km uzunluğunda, 27 stansiyadan ibarət olan və Çinin böyük investisiyalar yatırmağa hazır olduğu, tam şəkildə işlənib hazırlanmış ciddi bir layihə idi.

“Həmin vaxt bütün hökumətin bu layihənin lehinə olmasına baxmayaraq, Paşinyan artıq reallaşma mərhələsində olan bu planı şəxsən dayandırdı.

Bunu o zaman da etmək mümkün idi, indi də etmək olar, bunun üçün sadəcə suveren iradə və ardıcıllıq lazımdır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zurabyan   Ermənistan  


Bizi "telegram"da izləyin