Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, məsələn, Qaqik Tsarukyan ilə “Yaşanılası Ölkə” partiyasının əməkdaşlığının demək olar ki, razılaşdırıldığı hesab olunur.
“Hətta məlumatlar var ki, “Yaşanılası Ölkə” partiyasının həmtəsisçisi Mane Tandilyan siyahının ilk qadın namizədi olacaq və üçüncü sıranı tutacaq. Tsarukyanın “Ermənistana Təklif” birliyində, böyük ehtimalla, Andranik Tevanyanın “Ana Ermənistan” hərəkatının nümayəndələri də yer alacaqlar.
Məlumatlara görə, Arman Tatoyanın rəhbərlik etdiyi “Birliyin qanadları” və “Hayakve” ilə də əməkdaşlıq mümkündür, hazırda danışıqlar davam edir. Əgər Artur Vanetsyanın “Vətən” partiyası da bu gücə qoşularsa, siyasi texnoloqlar hesab edirlər ki, siyasi meydana çox güclü bir oyunçu daxil olur.
Qeyd edək ki, Qaqik Tsarukyan bu yaxınlarda bəyan etmişdi ki, onun bir deyil, üç Baş nazir namizədi var. Onun yanında politoloq Vahe Hovhannisyan, bir qrup diplomat, o cümlədən keçmiş xarici işlər naziri Ara Ayvazyan da yer alır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az