Rəşad Nəbiyev startap nümayəndələri ilə dəstək mexanizmlərini müzakirə edib - FOTOLAR

2026/02/1770357490.jpg
Oxunub: 323     09:43     06 Fevral 2026    
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın startap nümayəndələri ilə dövlətin dəstək mexanizmlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Startap nümayəndələri ilə görüş keçirdik. Görüşdə ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik" – deyə o qeyd edib.

R. Nəbiyev görüşdə eyni zamanda innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təkliflərin nəzərdən keçirildiyini və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparıldığını vurğulayıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəşad-Nəbiyev   Startap-nümayəndələri  


Bizi "telegram"da izləyin