“Joğovurd”: Paşinyanın partiyasının üzvləri gərgin günlər yaşayır

2026/01/1768466691.jpg
Oxunub: 395     09:08     06 Fevral 2026    
“Qəzetimizin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin demək olar ki, hər iclasında və ya təşəbbüs iclaslarında Nikol Paşinyan 2026-cı il parlament seçkiləri ilə bağlı partiyanın seçki siyahısına dair yeni təkliflər irəli sürür”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, partiya üzvləri isə təbii ki, razılaşırlar, başqa çıxış yolları yoxdur.

“Hakim partiya təmsilçilərinin “Joğovurd”la özəl söhbətlərdə bildirdiklərinə görə, Paşinyan vəziyyəti elə gərginləşdirib ki, heç bir partiya üzvü iyunun 7-dən sonra onu hansı gələcəyin gözlədiyini təsəvvür etmir”, - deyə KİV bildirib.

Nəşr vurğulayıb ki, hazırda isə Paşinyanın fikrincə, partiya daxilində şəffaf seçkilərin təşkili üçün yeni bülleten variantı müəyyənləşdirilir.

“Partiya üzvləri “Joğovurd”la özəl söhbətlərdə “Facebook” üzərindən aparılacaq təşviqat kampaniyası ideyasından da şikayət edirlər. Onların sözlərinə görə, bu üsul seçilmələrinə heç bir şəkildə kömək etməyəcək.

Xatırladaq ki, partiyanın ilkin 280 nəfərlik siyahısına daxil edilən şəxslər bu günlərdə sosial platformalarda aktiv təbliğat aparmaq öhdəliyi götürüblər.

Bizə çatan məlumatlara görə, siyahı iddiaçılarına açıq formatda öz siyasi məqsədlərini təqdim etmək, deputat olmaq istəklərini əsaslandırmaq və hakimiyyət daxilində özlərinə aid gördükləri roldan danışmaq tapşırılıb.

Qeyd olunur ki, bu proses fevralın 12-dək davam edəcək. Bundan sonra partiyanın 1000 nümayəndəsi ilkin siyahıdan “top” 50 namizədi seçəcək. Onlar növbəti mərhələyə, regional və yerli təşviqat mərhələsinə göndəriləcək və həmin mərhələnin nəticələrinə əsasən siyahının ilk 50 yeri yekun şəkildə formalaşdırılacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin