“Hraparak”: ABŞ-dən Ermənistana böyük nümayəndə heyəti gəlib

2026/02/1770354369.jpg
Oxunub: 434     09:05     06 Fevral 2026    
“Məlumatlarımıza görə, bir neçə gün əvvəl ABŞ-dan Ermənistana böyük nümayəndə heyəti gəlib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, ehtimal olunur ki, bu səfər vitse-prezident Vensin gəlişini hazırlamaq məqsədi daşıyır.

“Onlara “Armenia Marriott” otelində bütöv bir mərtəbə, onlarla otaq ayrılıb. Otaqlarda mebeldən yalnız masa və stullar saxlanılıb, qalan hər şey çıxarılıb. Otel əməkdaşlarının həmin mərtəbədə olmasına qadağa qoyulub.

Nümayəndə heyətinin gecələməsi otelin başqa bir hissəsində təşkil edilib. Onlar iki həftəlik gəliblər. Xatırladaq ki, Vens fevralın 9-da gələcək, növbəti gün isə Bakıya yollanacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin