Ermənistan parlamentinin sədri Rusiya xarici işlər naziri ilə görüşüb

2026/02/1770298255.jpg
Oxunub: 348     17:28     05 Fevral 2026    
Rusiya Federasiyasında rəsmi səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında aparılan müzakirələrin mərkəzində ikitərəfli maraqlara aid məsələlərin geniş spektri yer alıb.

Qeyd edilib ki, tərəflər Avrasiya İqtisadi Birliyi, MDB və digər beynəlxalq platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

“Digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının xarici vətəndaşlarla bağlı qanunvericiliyində edilmiş miqrasiya qaydaları dəyişikliklərinə ayrıca toxunulub. Xüsusilə bu dəyişikliklər nəticəsində Rusiyaya yükdaşıma həyata keçirən erməni sürücülər üçün yaranmış problemlər və onların həlli istiqamətində görülən tədbirlər müzakirə olunub.

Həmçinin regional inkişaflarla bağlı digər məsələlərə də diqqət yetirilib”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin