Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Məlumata görə, tərəflər insan hüquqlarının müdafiəsi sahəsində Ermənistan ilə Avropa Şurası arasında davamlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
“Parlamentin müxalif fraksiyalarının nümayəndələri Hayk Mamicyanyan və Armen Rustamyan komissara ölkədaxili proseslər barədə məlumat veriblər, Ermənistanda insan hüquqlarının müdafiəsi məsələsinə toxunublar və onların qiymətləndirməsinə görə, ölkədə siyasi məhbusların mövcudluğuna diqqət çəkiblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az