Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Ümid edirəm ki, Ermənistanda Avropa İttifaqının və NATO-nun Avropa üzvlərinin Rusiyaya qarşı strateji məğlubiyyət məqsədi ilə açıq şəkildə müharibə elan etməsinin arxasında nə dayandığını yaxşı anlayırlar. Çox istərdim ki, ölkələrimizin ictimai məkanında etimadsızlıq, bəzən isə yalan yayan narrativ üstünlük təşkil etməsin və dominant olmasın”, - Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı bildirib.
Rusiyalı nazir vurğulayıb ki, Rusiya tərəfdaşlardan hər hansı birinin xarici əlaqələrini istənilən istiqamətdə inkişaf etdirməsinə heç vaxt etiraz etmir: “Lakin Avropa İttifaqındakı tərəfdaşlar daim müvafiq ölkəni seçim qarşısında qoyurlar: ya bizimlə, ya da onlarla”.
Alpər Mövludoğlu
Ordu.az