Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüş zamanı bildirib.
“İstəmirəm ki, burada, Rusiyada Ermənistanın hansısa formada Rusiyaya qarşı nəsə etməyə çalışdığı barədə bir təsəvvür yaransın. Bizim üçün dost və müttəfiq olan dövlətə, Rusiyaya qarşı... sizi əmin etmək istəyirəm ki, bizdə belə bir yanaşma yoxdur və olmayacaq. Bu, artıq malik olduğumuz və mövcud olan münasibətlərin ümumi kontekstində düzgün deyil”, - deyə Simonyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az