“Rusiya Ermənistanla münasibətlərin inkişafında maraqlıdır” - Lavrov

2025/05/1747643768.jpg
Oxunub: 324     15:45     05 Fevral 2026    
“Rusiya Moskvanın müttəfiqi olan Ermənistanla münasibətlərin inkişafında maraqlıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Son illərdə ali siyasi və parlament səviyyələrində təmaslarımız sabit və kifayət qədər intensiv şəkildə inkişaf edir. Biz bunda maraqlıyıq. Ermənistan bizim müttəfiqimiz və strateji tərəfdaşımızdır. Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görürük”, - deyə Lavrov qeyd edib.

Rusiyalı nazir əlavə edib: “Baş nazir müavinlərimiz liderlər səviyyəsində əldə edilmiş razılaşmalara əsasən, üçtərəfli işçi qrup çərçivəsində qəbul olunan qərarlar üzrə mütəmadi əlaqə saxlayırlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin