Lavrov: “Avropa İttifaqında Rusiyanın Ermənistanla davamlı əlaqələrindən narazı olanlar var”

2025/02/1739213633.jpg
Oxunub: 336     15:41     05 Fevral 2026    
“Rusiya Ermənistanın Moskva ilə əlaqələri qorumağa hazır olduğunu bildiyini, lakin Avropa İttifaqında bunun hamının xoşuna gəlmədiyini qeyd edib”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyan ilə görüş zamanı deyib.

“Biz Ermənistan rəhbərliyindən Rusiya Federasiyası ilə əlaqələrin və əməkdaşlığın mövcud səviyyədə saxlanılmasına maraq göstərildiyi barədə bəyanatlar eşidirik. Digər tərəfdən isə görürük ki, regiondankənar bəzi ölkələr üçün bu qəbuledilən deyil. Avropa İttifaqındakı tərəfdaşlarımız əks istiqamətdə kifayət qədər fəal addımlar atırlar”, - deyə Lavrov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan  


Bizi "telegram"da izləyin