“Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır” - Lavrov

2026/02/1770058049.jpg
Oxunub: 319     15:38     05 Fevral 2026    
“Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır və bu rolu məsuliyyətlə yerinə yetirir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyan ilə görüş zamanı deyib.

Lavrov bildirib: “Moskva sizin üçün əsas ticarət-iqtisadi tərəfdaş olaraq qalır. Biz bu statusumuza məsuliyyətlə yanaşırıq, əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsinə, iri infrastruktur layihələri və təşəbbüslərin irəli aparılmasına çalışırıq. Bu zaman artıq mövcud olan və Ermənistan iqtisadiyyatının strukturunda əks olunan təcrübəni nəzərə alırıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin