Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq

2026/02/1770289257.jpg
Oxunub: 380     14:42     05 Fevral 2026    
Kahramanmaraşın "Azərbaycan" yaşayış məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.

Ordu.az-ın verdiyi məlumata görə, bunu Azərbaycanın Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu qismində iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı bildirib.

Onun sözlərinə görə, layihənin icrası keçən il dekabrında təsdiqlənib və icrasına başlanılacaq:

"Mədəniyyət mərkəzində Türkiyə tərəfinin təklifi ilə Azərbaycanın bütün bölgələrindən mədəniyyət nümunələrinin əks olunması nəzərdə tutulub".

Qeyd edək ki, 2025-ci ilin 19 iyununda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kahramanmaraş   Azərbaycan  


Bizi "telegram"da izləyin