Lavrov: “Ermənistana şimaldan hücum iddiaları mifdir”

2025/10/1761803985.jpg
Oxunub: 510     14:35     05 Fevral 2026    
“Rusiya Ermənistan əleyhinə yönəlmiş şimaldan guya mövcud olan mifoloji hücumlar barədə vaxtaşırı qəribə bəyanatlar eşidir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla danışıqlara başlayarkən bildirib.

“Bizim üçün bir qədər qəribədir ki, guya şimaldan Ermənistana qarşı hansısa mifoloji hücumların hazırlandığı və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qaynaqlanan ekzistensial təhdidlər barədə vaxtaşırı bəyanatlar səsləndirilir”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin