Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib

2025/04/ac6a7-1743692987.jpg
Oxunub: 463     13:14     05 Fevral 2026    
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Ordu.az xəbər verir ki, hökmə əsasən, təqsirləndirilən şəxs Davit İşxanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

D.İşxanyan Dağlıq Qarabağdakı qondarma rejimin parlamentinin keçmiş sədri olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İşxanyan   Həbs  


Bizi "telegram"da izləyin