Ermənistan müdafiə nazirinin müavini Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi ilə görüşüb

2026/02/1770282843.jpg
Oxunub: 371     13:11     05 Fevral 2026    
Fevralın 4-də Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində nazir müavini Karen Brutyan rəsmi səfərlə Ermənistanda olan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, general Anil Çauhanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Görüş zamanı tərəflər müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının mövcud vəziyyətini, eləcə də hərbi-texniki əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin