Yalçın Rəfiyev: "Afrika qitəsi Qoşulmama Hərəkatının bir hissəsidir"

2026/02/1770277009.jpg
Oxunub: 432     11:22     05 Fevral 2026    
Afrika Azərbaycanda əhəmiyyət verilən birinci dərəcəli qitədir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən "Qoşulmama Hərəkatı Gənclər Həftəsi"ndə çıxış edərkən deyib.

Y.Rəfiyevin sözlərinə görə, ötən il o, şəxsən Afrika ölkələrində keçirilən bir sıra hökumət missiyalarının tədbirlərində iştirak edib.

"Afrika sürətlə inkişaf edən qitədir və bizimlə eyni dəyərləri bölüşürlər. Bütün Afrika qitəsi Qoşulmama Hərəkatının bir hissəsidir. Fəxrlə qeyd edirik ki, Cənubi Sudan Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatına qoşulub. Biz bu prosesə öz töhfəmizi vermişik və bu gün bütün qitə yeni tarazlaşdırma siyasətini müdafiə edir", - o vurğulayıb.

Y.Rəfiyev, həmçinin Afrika qitəsinin əhəmiyyətli iqtisadi potensialını qeyd edib: "Azərbaycan Afrikada diplomatik şəbəkəsini genişləndirməklə yanaşı, mövcud imkanları araşdırmağa davam edir. Bu, həm afrikalı tərəfdaşlarımızla operativ qarşılıqlı əlaqə, həm də əməkdaşlığın institusional əsasını yaratmaq üçün zəruridir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yalçın-Rəfiyev   Afrika-qitəsi   Qoşulmama-Hərəkatı  


Bizi "telegram"da izləyin