ABŞ-nin AECOM şirkətinin komandası TRIPP layihəsinin ərazi tədqiqatlarına başlamaq üçün Ermənistana səfər edib

2026/02/l-YtG-1770275356.jpg
Oxunub: 534     11:07     05 Fevral 2026    
ABŞ Dövlət Departamentinin “Qlobal infrastruktur və investisiyalar üzrə tərəfdaşlıq fondu”nun tapşırığı ilə ABŞ-nin AECOM mühəndislik-məsləhət şirkətinin komandası TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin ərazi tədqiqat işlərinə başlamaq məqsədilə Ermənistana səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu işlərə Ermənistanda uzunmüddətli iqtisadi artımın, qarşılıqlı əlaqəliliyin və regional inteqrasiyanın təşviqinə xidmət edəcək dəmir yolu və digər infrastrukturun formalaşdırılması ilə bağlı texniki-iqtisadi qiymətləndirmə və təkliflərin hazırlanması daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin