Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib

2025/09/1758085450.jpg
Oxunub: 411     10:10     05 Fevral 2026    
Bakıda "Qoşulmama Hərəkatının Gənclər Həftəsi" başlayıb.

Ordu.az xəbər verir ki, iki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.

Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb.

Gənclər Həftəsində gənclərin nümayəndələri ilə yanaşı, dövlət strukturlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirlər, həmçinin beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin nümayəndələri iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qoşulmama-Hərəkatı  


Bizi "telegram"da izləyin