Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, saat 20:00 radələrində İrəvan-Mehri avtomobil yolunun 169-cu kilometrliyində Zəngəzur vilayətinin sakini, müqaviləli erməni hərbi qulluqçu 31 yaşlı Spartak Q. idarə etdiyi “Lada” markalı avtomobillə hərəkət zolağından çıxaraq aşıb və dərəyə düşüb.
Qeyd edilir ki, qəza nəticəsində sürücü bədən xəsarətləri alaraq “Sisian” tibb mərkəzinə aparılıb.
Hadisə ilə bağlı istintaq şöbəsində cinayət işi başlanılıb.
Alpər Mövludoğlu
Ordu.az